İndi dünyanın bütün ölkələri öz müdafiələrinə sərmayə qoyur və ən pis vəziyyətə hazırlaşır.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İndoneziya prezidenti Prabovo Subianto Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.
"Hər bir ölkə indi ən pisə hazırlaşmalıdır. İndi biz güclü müdafiə üçün sərmayə qoymalıyıq, çünki nə baş verə biləcəyini bilmirik", - o deyib.
İndoneziya lideri əlavə edib ki, o, diplomatiyanın hazırkı uğurlarına bədbindir, çünki reallıqda güclü ölkələr istədiklərini edə bilirlər.
QAZİLER.AZ