Rumıniya aprelin 30-dək Qara dənizin qərb sahilləri ilə uçuşları məhdudlaşdırıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhdudiyyətlərin aprelin 11-də ərazidə Britaniya kəşfiyyat təyyarəsinin görünməsindən sonra tətbiq olunduğu məlum olub.
“Aprelin 1-dən 30-dək dövlət və xüsusi aviasiyanın uçuşları, axtarış-xilasetmə ilə əlaqədar humanitar məqsədlər üçün uçuşlar, habelə fövqəladə hallar istisna olmaqla, bu ərazidə hava gəmilərinin və PUA-ın uçuşları məhdudlaşdırılıb”, - Buxarestin uçuş-informasiya regionunun nəzarət xidməti bildirib.
QAZİLER.AZ