ABŞ-nin Florida ştatında kiçik təyyarə qəzaya uğrayıb.
Qaziler.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, faciə Boka Raton hava limanı yaxınlığında baş verib.
NBC-nin verdiyi məlumata görə, dağıntılar avtomobil yolu və dəmir yolu relslərinə səpələnib. Qəza nəticəsində iki nəfərin öldüyü barədə ilkin məlumat var.
Hazırda təyyarənin qəzaya uğradığı yerdə xilasedicilər işləyir, ərazidəki küçələr isə bağlanıb.
QAZİLER.AZ