Rusiyanın bu bölgəsində 24 saat ərzində 12 meşə yanğını söndürülüb

Rusiyanın bu bölgəsində 24 saat ərzində 12 meşə yanğını söndürülüb backend

Son 24 saat ərzində Rusiyanın Zabaykalsk diyarının altı rayonunda ümumi sahəsi 3,8 min hektar olan 12 meşə yanğını söndürülüb.

Qaziler.az bildirir ki, bu barədə aprelin 11-də regional Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

“Yanğının söndürülməsinə 39 texnika ilə 196 meşə yanğınsöndürən cəlb olunub”, - deyə idarənin saytında bildirilir.

Bundan əlavə, daha dörd meşə yanğını lokallaşdırılıb; 119 meşə yanğınsöndürən 19 texnikadan istifadə etməklə yanğınla mübarizəni davam etdirir. Yanğınlara yerli əhalinin yanğınla ehtiyatsız davranması səbəb olub.

Transbaykaliyada dörd rayonda 17 meşə yanğını davam edir. Yanğının əhatə etdiyi ümumi ərazinin 25 min hektardan çox olduğu bildirilir. Yanğının söndürülməsinə 77 ədəd texnika ilə 538 meşə yanğınsöndürən cəlb olunub.

İdarədən bildirilib ki, yanğın mövsümü başlayandan rayon ərazisində 135 meşə yanğını qeydə alınıb.

QAZİLER.AZ

Diaspora