Pentaqon İŞİD-lə mübarizəyə aviadaşıyıcı göndərir

Pentaqon İŞİD-lə mübarizəyə aviadaşıyıcı göndərir backend

ABŞ-a məxsus “USS Harry S. Truman” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizədə iştirak etmək üçün Yaxın Şərqə yollanır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Defence News” nəşri məlumat yayıb.

Gəminin dekabrın ortalarında Fars körfəzinə çatacağı gözlənilir. Pentaqonda hazırda gəminin Aralıq dənizinin şərqinə dislokasiya edilərək terrorçuların mövqelərinə zərbələr endirilməsi məsələsi nəzərdən keçirilir.

Pentaqondakı mənbə aviadaşıyıcı gəminin bölgədə bir neçə gün qalacağı ehtimal edib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Aralıq dənizindəki sualtı qayığı İŞİD mövqelərinə zərbələr endirib. Həmçinin Fransaya məxsus “Şarl de Qol” aviadaşıyıcı gəmisinin də terrorçuların mövqelərinə zərbələr endirmək məqsədilə Aralıq dənizinə göndərildiyi bildirilir.
Diaspora