"FT" ABŞ-ın Ukraynadakı səfirinin istefasının səbəbini öyrənib

"FT" ABŞ-ın Ukraynadakı səfirinin istefasının səbəbini öyrənib backend

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink istefaya gedir. Jurnalistlər bu qərarın arxasında nələrin dayandığını və mümkün səbəblərin nə olduğunu öyrəniblər.

Qaziler.az bildirir ki, bu barədə "FT" xəbər verir.

Belə ki, nəşrin yazdığına görə, Brink ABŞ prezidenti Donald Tramp administrasiyası ilə siyasi fikir ayrılıqlarının artması səbəbindən səfir postunu tərk edir.

Brinkin qərarına yaxın mənbələrlə danışan jurnalistlər “Onun gedişi həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə iş münasibətlərinin pisləşməsi ilə bağlıdır, baxmayaraq ki, onun istefasına səbəb bu deyildi” deyə qeyd ediblər.

FT yazır ki, Brink, "Ukrayna strategiyasını dəstəkləmək istəyinə şübhə edən yüksək vəzifəli Tramp administrasiyasının rəsmiləri tərəfindən artan təzyiqlərə məruz qaldı".

QAZİLER.AZ

 

Diaspora