ABŞ Çin mallarına gömrük rüsumlarını 145 %-dək qaldırıb.
"Report" xəbər verir ki, bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.
“Ağ Evdən vurğulanıb ki, Trampın Çin mallarına tətbiq etdiyi rüsumlar artıq 145 % təşkil edir”, - kanalın saytında dərc olunan xəbərdə deyilir.
Qeyd edək ki, aprelin 9-da ABŞ Prezidenti Çindən idxal edilən mallara 125 % rüsum təyin etmişdi.