Donald Tramp administrasiyası adanın zorla ələ keçirilməsi ssenarisinə deyil, qrenlandiyalıların ictimai rəyi ilə işləməyə əsaslanan Qrenlandiyaya nəzarəti ələ keçirmək planını həyata keçirməyə başlayıb.
Qaziler.az bildirir ki, bu barədə “The New York Times” nəşri yazır.
NYT-dəki mənbənin sözlərinə görə, Qrenlandiyanın ABŞ-ın nəzarəti altına alınması planı Milli Təhlükəsizlik Şurasının bir neçə iclasında müzakirə edilib.
Müzakirələrdə bir neçə nazirlik iştirak edib və onlara konkret göstərişlər verilib.
"Plana əsasən, ABŞ-ın səyləri adanın 57 min əhalisini “ABŞ-a qoşulmağı xahiş etməli olduqlarına” inandırmağa yönəldiləcək", - nəşr yazır.
QAZİLER.AZ