ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink vəzifəsini tərk edib.
Qaziler.az bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tammi Bryus aprelin 10-da keçirdiyi brifinqdə bildirib.
"O, evə qayıdır", - Brinkin gedişi haqqında deyib.
Bununla belə, "CBS News"un yüksək rütbəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, onun istefasına ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) son ixtisarlar da daxil olmaqla, şəxsi və siyasi məsələlərin qeyri-adi birləşməsi səbəb olub.
QAZİLER.AZ