2012-ci ildən Gürcüstanda hadisələri işıqlandıran fransız jurnalist Klemant Jirardonun BU ölkəyə girişinə icazə verilməyib.
Qaziler.az bildirir ki, bu barədə o, X sosial şəbəkəsində məlumat verib.
Jirardonun sözlərinə görə, insident fevralın 12-də Münhendən Tbilisiyə uçarkən baş verib.
"Polis məmuru mənə"başqa səbəblərə" görə ölkəyə girişi qadağan edən sənəd verdi və əlavə etdi ki, bəlkə başqa vaxt gələ bilərəm. Sonradan bildim ki, adım Daxili İşlər Nazirliyinin "qırmızı siyahısı"ndadır və bu qadağa qətiyyən müvəqqəti deyil", - Jirardo yazır.
Jurnalist hesab edir ki, məhdudiyyət onun peşə fəaliyyəti ilə bağlıdır. 2024-cü ilin payızında Gürcüstanda Avropayönlü etirazlar başlayandan sonra Jirardo saxlanılan və yaralanan iştirakçılarla bağlı məlunmatlar verirdi.
QAZİLER.AZ