Almaniya prezidenti: Avropa ordusu NATO-nu əvəz edə bilməz

Almaniya prezidenti: Avropa ordusu NATO-nu əvəz edə bilməz backend

"Ümumi Avropa ordusunun potensial yaradılması Şimali Atlantika Alyansını əvəz etməyəcək".

Qaziler.az xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib. Onun sözlərini dpa sitat gətirir.

Ştaynmayer qeyd edib ki, Avropa ölkələrinin “NATO-ya təşəkkür etməli olduğu çox şey var” və birgə Avropa ordusunun yaradılması ideyasını tənqid edib.

“Mənim məsləhətim odur ki, mövcud olmayan alternativlərə sığınmayaq. Avropa ordusu bir ideyadır. Lakin bu, NATO-nun təmin etdiyi təhlükəsizliyin adekvat əvəzi deyil”, - Almaniya prezidenti bildirib.

QAZİLER.AZ

Diaspora