ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdırır. Səbəblərdən biri şəxsi xarakter daşıyır.
Qaziler.az bildirir ki, bu barədə "CBS News" xəbər verir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Brink istefa ilə bağlı rəsmi sənədləri hələ təqdim etməyib, lakin artıq həmkarlarına “vida zəngləri” edib.
Brink və Dövlət Departamenti "CBS News"un şayiələrə münasibət bildirmək istəyinə hələ cavab verməyib.
QAZİLER.AZ