Avropa İttifaqı və Şimali Atlantika Alyansı ölkələri atəşkəsdən sonra monitorinq missiyasından tutmuş çəkindirmə missiyasına qədər müxtəlif formatda Ukraynaya qoşun yeritmək imkanlarını öyrənirlər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
Aprelin 10-da “Bloomberg” yazıb ki, Fransa və Böyük Britaniyanın başçılıq etdiyi Ukraynaya qoşun göndərmək üçün yaradılan “istəklilər koalisiyası” ABŞ-nin mövqeyinə görə dayanmaq təhlükəsi ilə üzləşir.
Qeyd olunub ki, İngiltərə və Fransa ABŞ prezidenti Donald Trampı əsgər göndərmək əvəzinə hava qüvvələri, sərhəd nəzarəti və kəşfiyyat vasitələri göndərməyə razı salmağa çalışsalar da, plan iki ay əvvəl təqdim edilsə də, ABŞ prezidenti belə bir öhdəlik götürməkdən imtina edib.
QAZİLER.AZ