Rusiya bütün AES-lərdə gücləndirilmiş təhlükəsizlik rejimi elan etdi

Rusiya bütün AES-lərdə gücləndirilmiş təhlükəsizlik rejimi elan etdi backend

Rusiyada fəaliyyət göstərən bütün Atom Elektrik Stansiyalarında gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edib. QAZİLER.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosenerqoatom” konserninin mətbuat xidməti məlumat yayıb.

“Antiterror təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzrə tədbirlər çərçivəsində Rusiyanın bütün Atom Elektrik Stansiyalarında (“Rosenerqoatom konserni” ASC-nin filialları) gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilib. Bununla bağlı AES-lərin təhlükəsizlik xidmətləri və obyektlərin mühafizəsinə cəlb olunmuş təşkilatlar gücləndirilmiş xidmət rejiminə keçib”, deyə məlumatda bildirilir.

Konsern qeyd edib ki, gücləndirilmiş rejimin tətbiqi zamanı AES-lərin mühafizəsinə güc strukturlarının və asayişi təmin edən xidmətlərin əlavə qüvvələri cəlb olunur.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl güc strukturlarına daxili təhlükəsizliyin gücləndirilməsinə dair göstərişlər verib.