ABŞ hakimiyyət orqanları əcnəbi tələbələrin və “yaşıl kart” üçün müraciət edənlərin sosial şəbəkələrində yəhudilərə qarşı düşmənçilik təzahürləri olub-olmadığını yoxlayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.
“Bu gün ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti əcnəbilərin antisemit sosial media fəaliyyətini və yəhudilərə fiziki təzyiq göstərməsini immiqrasiya müavinətlərinə görə tələblərini rədd etmək üçün nəzərdən keçirməyə başlayacaq”, - deyə bəyanatda bildirilir. “Bu, qanuni daimi rezident statusu almaq üçün müraciət edən əcnəbilərə, xarici tələbələrə və təhsil müəssisələrinə qəbul olan digər vətəndaşlara dərhal təsir edəcək”.
QAZİLER.AZ