Kaliforniya və Konnektikutdan olan demokrat senatorlar Adam Şiff və Riçard Blumental ABŞ prezidenti Donald Trampı bazar manipulyasiyasında və insayder ticarətində ittiham ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Trampın ittihamına səbəb onun sosial mediada 75 ölkəyə tarifləri dayandırmaq barədə daha əvvəl verdiyi açıqlamalara görə S&P 500 indeksinin 9% yüksəlməsi olub. Tramp daha sonra yazıb ki, “indi səhmlərin alınması zamanıdır”.
Amerika KİV-ləri aydınlaşdırıblar ki, bu kimi məsələlər Senatın Məhkəmə-Hüquq Komitəsi və ya Maliyyə Məsələləri Komitəsi tərəfindən həll edilir. Hər iki komitəyə isə indiyədək şərh verməkdən çəkinən respublikaçı senatorlar rəhbərlik edir.
QAZİLER.AZ