Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın oxşar bəyanatından sonra 90 gün ərzində ABŞ-yə qarşı tarifləri dondurur.
Qaziler.az bildirir ki, bu haqda Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X”də yazıb. O əlavə edib ki, Aİ danışıqlara şans vermək istəyir, lakin uğursuzluq olacağı halda tariflər yenidən tətbiq olunacaq, artıq onların üzərində iş gedir.
“Prezident [ABŞ Donald] Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik. Aİ ölkələrindən güclü dəstək alaraq tətbiq etdiyimiz cavab tədbirlərimizi yekunlaşdırmağa davam edirik, lakin biz onları 90 gün müddətinə dondururuq. Danışıqlar qənaətbəxş nəticə verməsə, tariflər tətbiq olunacaq”, - Ursula fon der Leyen yazıb.
QAZİLER.AZ