Tramp ABŞ-nin gizli silahından danışdı

Tramp ABŞ-nin gizli silahından danışdı backend

Birləşmiş Ştatların heç kimin bilmədiyi güclü silahları var.

Qaziler.az xəbər verir ki, “Forbes Breaking News” “YouTube” kanalında yayımlanan yayıma görə, bunu Ağ Evdə jurnalistlərlə söhbətində Tramp qeyd edib.

“Bizdə elə bir silah var ki, onun nə olduğu barədə heç kimin təsəvvürü belə yoxdur. Və bu, dünyanın ən güclü silahıdır, hamıdan daha güclüdür”, - Amerika lideri bildirib.

Tramp Çin mallarına artırılan rüsumların eskalasiya ilə bağlı suala da cavab verib. ABŞ prezidenti vəziyyətin gərginləşməyəcəyini və buna görə narahat olmadığını bildirib. O, Çin prezidenti Si Cinpini dünyanın ən ağıllı adamlarından biri adlandırıb və qeyd edib ki, o, buna imkan verməyəcək.

QAZİLER.AZ

Diaspora