ABŞ prezidenti Donald Trampın administrasiyası yeni maliyyə böhranı qorxusu səbəbindən bəzi ticarət tariflərini 90 gün müddətinə dayandırmaq qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu haqda “The New York Times” yazır.
Nəşrin məlumatına görə, növbəti böhran, 2008 və 2010-cu illərdə baş verənlərdən fərqli olaraq, birbaşa Trampla bağlı olacaq. Çünki Ağ Ev belə bir şey istəmirdi.
Bundan əlavə, Vaşinqton qlobal fond və əmtəə bazarlarının daha da çökməsindən, habelə maliyyəçilər arasında çaxnaşmadan qorxur ki, bu da nəzarətdən çıxsa ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər. ABŞ-nin vitse-prezidenti J.D.Vens və maliyyə naziri Skott Bessent israr edirlər ki, Amerika tərəfinin ticarət müharibəsindəki strategiyası dəqiq müəyyən edilməlidir.
QAZİLER.AZ