Moldova Rusiyasız öz vətəndaşlarını xoşbəxt gələcəklə təmin edə bilməz - İlan Şor

Moldova Rusiyasız öz vətəndaşlarını xoşbəxt gələcəklə təmin edə bilməz - İlan Şor backend

Moldovanın müxalif “Qələbə” blokunun lideri İlan Şor bəyan edib ki, parlament seçkilərində qələbə qazanacağı təqdirdə Moldovanın Rusiya və Belarus İttifaq Dövlətinə, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması məsələsi üzrə referendum təşkil edəcək.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, onun sözlərinə görə, respublika Rusiyasız öz vətəndaşlarını təhlükəsiz, yaxşı, xoşbəxt gələcəklə təmin edə bilməz.

“Biz Moldovanın bütün təmaslarda, Rusiya Federasiyası ilə birbaşa təmaslarda, belə demək mümkündürsə, bütün layihələrdə maksimum iştirakının tərəfdarıyıq. Biz bunun bir hissəsi olmaq istəyirik, çünki biz inanırıq ki, Rusiyasız Moldova həqiqətən öz vətəndaşlarını təhlükəsiz, yaxşı və xoşbəxt gələcəklə təmin edə bilməz”, - İlan Şor deyib.

QAZİLER.AZ

Diaspora