Dominikanda gecə klubundakı faciədə ölənlərin sayı 184-ə çatıb

Dominikanda gecə klubundakı faciədə ölənlərin sayı 184-ə çatıb backend

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.

Xilasetmə işləri davam edir. Uçqunun səbəbləri araşdırılır.

Diaspora