Makron Fransanın Fələstini tanıyacağını AÇIQLAYIB

Makron Fransanın Fələstini tanıyacağını  AÇIQLAYIB backend

Fransa hakimiyyəti bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.

Qaziler.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “France 5” telekanalına açıqlamasında deyib.

"Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfransa həmsədrlik etməkdir və burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınma üçün hərəkatı yekunlaşdıra bilərik", - Fransa lideri deyib.

2024-cü ildə Makron artıq Fransanın Fələstini tanımağa hazır olduğunu bildirib. Eyni zamanda, o vurğulayıb ki, bu cür tanınma “uyğun zamanda” baş verməlidir.

Qeyd edək ki, keçən ilin mayında Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlamışdı.

QAZİLER.AZ

Diaspora