“Apple” tariflərə görə montaj zavodlarını Çindən ABŞ-yə köçürməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
“"Luxshare” daha çox istehsalı Çindən kənara, o cümlədən ABŞ-yə köçürməklə ABŞ-nin tariflərinə cavab vermək variantları haqqında müştərilərlə müzakirələr aparır", - agentlik bildirib.
Bildirilir ki, belə planlar “Apple” məhsullarını yığan Çinin “Luxshare” şirkətinin direktorlar şurasının sədri Vanq Layçunla analitiklər arasında söhbətdən sonra açıqlanıb. Qeyd olunur ki, "Luxshare" ABŞ-yə hazır məhsulun yalnız kiçik bir hissəsini ixrac edir və Cənub-Şərqi Asiya ölkələrinə investisiyaların artırılmasını nəzərdən keçirir.
QAZİLER.AZ