Tramp bəzi ölkələrə cavab rüsumlarını dayandırdı

Tramp bəzi ölkələrə cavab rüsumlarını  dayandırdı backend

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə qarşı cavab rüsumlarının 90 gün müddətinə dayandırıldığını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Truth Social” səhifəsində paylaşım edib.

Eyni zamanda, ABŞ-nin Çinə tətbiq etdiyi tariflərin 125%-ə qədər artırılması dərhal qüvvəyə minib.

“75-dən çox ölkənin Birləşmiş Ştatların nümayəndələrini, o cümlədən Ticarət, Xəzinədarlıq və ABŞ Ticarət Nümayəndəliyi departamentlərini ticarətlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlara çağırması faktına və bu ölkələrin Birləşmiş Ştatlara qarşı heç bir cavab tədbiri görmədiklərinə əsaslanaraq, mənim təcili xahişimlə 90 günlük fasiləyə və həmin müddət ərzində 10%-lik əhəmiyyətli dərəcədə azaldılmış qarşılıqlı tarifə icazə verdim”, - Tramp yazıb.

Ağ Ev rəhbəri Çinin qlobal bazara hörmətsizlik etdiyini vurğulayıb. Tramp ümid edərək bildirib ki, yaxın gələcəkdə Çin ABŞ-ni və digər ölkələri soymaq günlərinin sayılı olduğunu və bu cür ticarət siyasətinin artıq məqbul olmadığını başa düşəcək.

QAZİLER.AZ

Diaspora