Rusiyada Laima Vaikulenin xarici agent kimi tanınması tələb edildi

Rusiyada Laima Vaikulenin xarici agent kimi tanınması tələb edildi backend

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə (FPSC) Rusiya haqqında mənfi fikirlər səsləndirən müğənni Layma Vaykulenin hələ də Latviyadakı hüquqi şəxs vasitəsilə Moskvadakı aktivlərinə sahib olması barədə məlumat alıb.

Qaziler.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Vitali Borodin “NEWS.ru” saytına müsahibəsində bildirib. Onun fikrincə, sənətçi xarici agent kimi tanınmalıdır.

Biz hamımız Vaykulenin Rusiya haqqında ifadələr toplusunu eşitmişik və onun necə davrandığını görürük. Hesab edirik ki, o, Rusiyada xarici agent kimi tanınmalıdır. Bəli, o, başqa ölkənin vətəndaşıdır. Amma bizdə presedentlər var ki, xarici agent statusunu Rusiya vətəndaşlığı olmayan, lakin ölkəmizə qarşı fəaliyyət göstərən şəxslər də alıblar. Məsələn Xodorkovski də (Mixail Xodorkovski Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər siyahısına daxil edilib) başqa ölkənin vətəndaşıdır. Amma onun xarici agent statusu var, əmlakı əlindən alınıb, hesabları dondurulub. Düşünürəm ki, Vaykule də bu statusu ala bilər”, - Borodin deyib.

Qurum rəhbərinin sözlərinə görə, müğənninin Moskvada da daşınmaz əmlakı var. Borodin onun dövlətin xeyrinə müsadirə olunmasını tələb etmək istəyir.

“Biz onun mülkünü Moskvada tapdıq. Və xahiş edəcəyik ki, bu yaşayış sahəsi ondan dövlətimizin xeyrinə müsadirə olunsun. Lakin bu, o, xarici agent statusu aldıqdan sonra mümkün olacaq. Onun Rusiyada biznesinin olduğunu da bilirik. Yeri gəlmişkən, biz bu yaxınlarda vergi idarəsindən onun vergi ödəyib-ödəmədiyini yoxlamaq üçün müraciət etmişik”, - Borodin əlavə edib.

QAZİLER.AZ

Diaspora