Brüssel Vulinə görə Serbiyaya təzyiq edir

Brüssel Vulinə görə Serbiyaya təzyiq edir backend

Avropa İttifaqı Serbiya prezidenti Aleksandr Vuçiçdən baş nazirin müavini Aleksandr Vulini yeni hökumətdən uzaqlaşdırmağı tələb edib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, Brüssel Vulinin Rusiyanı dəstəkləyən sözlərinə və Qərb ölkələrini tənqid etdiyinə görə sanksiya siyahısına əlavə etmək prosesinə başlayıb.

“Brüssel prezident Vuçiçə onu [Vulini] gələn həftə formalaşacaq yeni hökumətdən kənarlaşdırmaq üçün təzyiq göstərir”, - agentliyin mənbəsi bildirib.

Daha əvvəl Vulin mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etmək arzusunda olduğunu bildirmişdi.

QAZİLER.AZ

Diaspora