“Yeni Almaniya hökuməti İsveç modelinə əsaslanan hərbi çağırışı inkişaf etdirəcək və hərbi xidmət könüllü olaraq qalacaq”.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu barədə Almaniyanın yeni kansleri olma ehtimalı olan Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Merz bildirib.
Hökumətin YouTube kanalı olan “Phoenix” tərəfindən təşkil olunan verilişdə o, Almaniyanın müdafiə xərclərini artırmaq niyyətində olduğunu qeyd edib.
“Qeyd etmək istərdim ki, biz Almaniyada İsveç modelinə uyğun olaraq gələcəkdə könüllülük əsasında hərbi xidmət institutunu gücləndirəcəyik. Vurğulayım ki, ilkin olaraq bu, könüllü olacaq. Ümid edirik ki, kifayət qədər könüllülərlə Bundesver personalının sayının artırılmasını təmin edə biləcəyik”, - deyə Merz bildirib.
QAZİLER.AZ