ABŞ-nin Ukraynadan necə qurtulacağı məlum olub

ABŞ-nin Ukraynadan necə qurtulacağı məlum olub backend

ABŞ Donald Trampın dediyi kimi, maliyyələşdirməni tamamilə dayandırmaqla Ukraynadan xilas olacaq.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa “NEWS.ru”ya açıqlamasında deyib.  O qeyd edib ki, böyük ehtimalla bundan sonra maliyyə yardımı Avropa ölkələri tərəfindən təmin olunacaq.

Tramp deyib ki, onlar Ukraynanı elə-belə maliyyələşdirməyəcəklər, ola bilsin nadir torpaq metalları müqaviləsi çərçivəsində yardım göstəriləcək. Əlavə maliyyə, şübhəsiz ki, Avropa ölkələrindən gələcək. Kimki sülhməramlı qüvvələrini göndərməyə hazırdır, bunu edəcəklər”, - Çepa deyib.

Onun sözlərinə görə, Avropa dövlətləri Ukraynaya sona qədər kömək edəcəklərini desələr də, əslində bu, onların heç də xoşuna gəlmir. Parlamentari əmindir ki, Avropanın buna praktiki olaraq heç bir imkanı və istəyi qalmayıb.

“Təbii ki, bu, Avropa ölkələrinin xoşuna gəlmir, baxmayaraq ki, onlar Ukraynaya sona qədər kömək edəcəklərini deyirlər, məncə, onların buna imkanları və istəkləri getdikcə azdır”, - deyə Çepa yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora