Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb

Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb backend

Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 30 sutkalıq ev dustaqlığına məhkum edib.

APA xəbər verir ki, bu barədə TASS-a onun vəkili Nataliya Bayram məlumat verib.

"Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən etibarən 30 gün müddətinə ev dustaqlığına buraxılıb", - o bildirib.

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.

Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.

Diaspora