Fransanın Lion şəhərinin meri Qreqori Duse dövlət vəsaitinin oğurlanması ilə bağlı həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.
"Avropa Ekologiya Yaşılları" partiyasından olan Lion şəhərinin meri Qreqori Duse çərşənbə günü polis tərəfindən saxlanılıb", - media istintaqa yaxın mənbəyə istinadən yazıb.
Məlumata görə, mer artıq Maliyyə Cinayətləri Bürosunun ofisində dindirilib.
Lion prokurorluğu 2024-cü ilin fevralında hakimiyyətdə olanlar tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi açıb. Ötən ilin martında hakimlərin tələbi ilə şəhər meriyasında axtarışlar aparılıb.
Qreqori Duce 2020-ci ildən Fransanın Paris və Marseldən sonra üçüncü böyük şəhəri olan Lionun meridir.
QAZİLER.AZ