Litvanın xarici işlər naziri Kestutis Budris Rusiya və Belarusun sentyabrda “Zapad” birgə hərbi təlimləri keçirmək planlarını şərh edərək, Vilnüsün istənilən pozuntu və ya insidentlərə sərt cavab verəcəyini qeyd edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Delfi" Litva Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatına istinadən məlumat yayıb.
Gözlənilən manevrləri şərh edən Budris qeyd edib ki, müxtəlif hərbi fəaliyyətə görə "nəyinsə pozulma ehtimalı artır".
Nazirin sözlərinə görə, NATO ərazisinə dəfələrlə pilotsuz təyyarələr və raketlər düşüb və digər qanun pozuntuları da baş verib.
O, həmçinin Rusiya qırıcısının Litva ərazisində qəzaya uğraması və helikopterin dövlət sərhədini keçməsi ilə bağlı əvvəlki hadisələri xatırladıb.
Budris onu da vurğulayıb ki, təlimlərə hazırlıq, eləcə də təlimlərin ümumi ssenarisi üzərində nəzarət həyata keçiriləcək.
O deyib ki, təlimlər zamanı Rusiya və Belarus hərbçilərinin sayının artmasına NATO reaksiya verməlidir.
QAZİLER.AZ