Əsəd Parisə şərt qoydu

Əsəd Parisə şərt qoydu backend

Paris bölgədə apardığı siyasəti dəyişəcəyi təqdirdə, Suriya Fransa ilə kəşfiyyat məlumatlarını bölüşəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd Fransanın “Valeurs Actuelles” nəşrinə müsahibəsində bildirib.

“Əgər Fransa hökuməti terrorla mübarizəyə qeyri-ciddi yanaşırsa, biz terroru dəstəkləyən ölkə, hökumət, yaxud da hər-hansı təşkilatla əməkdaşlığa vaxtımızı sərf etməyəcəyik”, deyə Əsəd bildirib.

“Siz əvvəlcə siyasətinizi elə dəyişməlisiniz ki, qoy o bir meyar üzərində qurulsun, qoy terroru dəstəkləyən yox, onunla mübarizə aparan ölkələri birləşdirən alyansın bir hissəsi olasınız”, deyə Suriya prezidenti qeyd edib.
Diaspora