Estoniya prezidenti Alar Karis əcnəbiləri, o cümlədən Rusiya və Belarus vətəndaşlarını yerli seçkilərdə səsvermə hüququndan məhrum edən qanunu təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə aprelin 9-da ERR teleradio şirkəti məlumat yayıb.
Dövlət başçısı müvafiq konstitusiya dəyişikliyini imzalayıb. Onun sözlərinə görə, dəyişikliyin nəticələri əvvəlcədən təhlil edilməli idi. O, həmçinin qeyd edib ki, Estoniya parlamenti qəbul edilmiş qərardan irəli gələn mənfi nəticələrin olmamasını təmin etməlidir.
"Əlbəttə, Riyqikoqun üzvləri başa düşürlər ki, Konstitusiyaya dəyişiklik etməklə onlar əhəmiyyətli nəticələrə malik qərar qəbul ediblər, çünki Konstitusiya həm daxili, həm də xarici sülhü təmin etməyə borcludur", - Karis açıqlamasında bildirib.
Onun fikrincə, əgər parlamentarilər bu addımı atmaq qərarına gəliblərsə, məsuliyyətin fərqindədirlər və yəqin ki, gələcəkdə Estoniya cəmiyyətinin birliyini necə qoruyacağını düşünüblər. Prezident qeyd edib ki, yalnız Estoniya və Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarının səsvermə hüququna malik olması barədə qərar qanunidir.
QAZİLER.AZ