Aprelin 12-nə planlaşdırılan İran və Birləşmiş Ştatlar arasındakı danışıqlar birbaşa olacaq.
“Report” xəbər verir ki, Ağ evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün mütəmadi brifinqdə İran tərəfinin gələcək əlaqələrin vasitəçi vasitəsilə aparılacağı barədə bəyanatlarını şərh edərkən belə açıqlama verib.
“Şənbə günü birbaşa danışıqlar olacaq. Lakin mən [ABŞ Prezidenti Donald] Trampı [bu barədə] hər hansı əlavə təfərrüatların açıqlanmasında qabaqlamayacağam”, – Livitt qeyd edib.
Xatırladaq ki, aprelin 7-də yazışmalar nəticəsində tərəflərin danışıqların ilk raundunu aprelin 12-də Omanda keçirməyi razılaşdırdıqları məlum olub. Görüşün əsas iştirakçıları Araqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff olacaq. Trampın aprelin 7-də açıqladığı məlumata görə, Amerika – İran əlaqələri birbaşa olacaq. Bununla belə, İran diplomatiyasının başçısının sözlərinə görə, Tehran ABŞ-nin təzyiqindən qaçmaq üçün ABŞ ilə danışıqları vasitəçilərlə aparmaq variantını seçib və Omandakı görüşdən sonra formatı dəyişdirməyi planlaşdırmır.