ABŞ Ukraynanın iki Çin əsgərini əsir götürdüyündən xəbərdardır. Çin Rusiyanın əsas tərəfdaşlarından biridir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryusun brifinqinə istinadən məlumat verib.
"Bilirsiniz, bu, narahatedicidir. Şimali Koreyanın bu işə qarışması narahatedicidir. Çin əsgərlərinin əsir götürülməsi narahatedicidir. Ukraynanın Ukraynada Rusiya üçün döyüşən iki Çin vətəndaşını əsir götürməsi ilə bağlı xəbərlərdən xəbərdarıq. Çin Rusiyanın bu müharibədə əsas tərəfdaşıdır", - Bryus deyib.
QAZİLER.AZ