FIAT Chrysler Çindəki 42 min 935 avtomobilini geri çağrıb

FIAT Chrysler Çindəki 42 min 935 avtomobilini geri çağrıb backend

İtaliyanın FIAT korporasiyasına məxsus olan Chrysler avtomobil konserni Çindəki 42 min 935 avtomobilini geri çağırıb. AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2012-ci ilin yanvarında və 2013-cü ilin dekabrında istehsal olunan FIAT Viaggio modelidir.

Geri çağırılmaya səbəb avtomobillərin sürət ötürücülərində yaranan texniki nasazlıq olub. Avtomobil şirkətindən bildirilib ki, nasaz olan hissələri pulsuz şəkildə dəyişdirəcəklər.
Diaspora