Rusiya tərəfində döyüşən çinli əsgərlər ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinə əsir düşüb. Əməliyyat Hava Desant Hücum Qüvvələrinin 81-ci əlahiddə aviasiya Slobozhanskaya briqadasının əsgərləri tərəfindən həyata keçirilib.
Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə briqadanın Facebook səhifəsinə istinadən xəbər verir.
"81-ci aviasiya Slobozhanskaya briqadasının əsgərləri bu yaxınlarda Çin Xalq Respublikasının iki vətəndaşını əsir götürüblər", - briqadanın bəyanatında deyilir.
Onlar aydınlaşdırıblar ki, Çin vətəndaşları Rusiya işğalçı qüvvələrinin bir hissəsinin tərkibində olub və əllərində silah olub.
Hazırda Ukrayna hüquq-mühafizə orqanları məhbuslarla bütün zəruri prosessual hərəkətləri həyata keçirir.
QAZİLER.AZ