Dominikan Respublikasında bir klubda damın uçması nəticəsində 27 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə aprelin 8-də Fövqəladə Hallar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendesə istinadən "El Democrata Multimedios" məlumat yayıb.
“Jet Set” gecə klubunun strukturunun bir hissəsinin dağılmasından sonra ölənlərin sayı 27-yə çatıb”, nəşrin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində deyilir.
Hadisə nəticəsində 134 nəfərin xəsarət aldığı və tibb müəssisələrinə aparıldığı dəqiqləşdirilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Dominikan Respublikasında gecə klubunun damının uçması barədə məlumat səhər saatlarında yayılıb. Gecə klubunun damının uçmasının səbəbi hələlik müəyyən edilməyib. Hadisə Dominikanlı merenq sənətçisi Rubby Perezin aparıcılığı ilə keçirilən şənlik zamanı baş verib.
QAZİLER.AZ