Dominikan Respublikasında klubunda damın uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb, daha 121 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə aprelin 8-də "Diario Libre" nəşri Fövqəladə Əməliyyatlar Mərkəzinə (COE) istinadən məlumat verib.
“18 nəfər ölüb, 121 nəfər Böyük Santo-Dominqadakı xəstəxana və klinikalara aparılıb”, - məlumatda deyilir.
COE-nin direktoru Xuan Manuel Mendez xilasetmə işlərinin davam etdiyini bildirib.
"Biz dağıntılar altında insanları axtarmaq və işləməkdə davam edirik. Güman edirik ki, onların çoxu hələ də sağdır və buna görə də buradakı hakimiyyət dağıntılar altında bir nəfər belə qalmayana qədər təslim olmayacaq", - nəşr onun sözlərini sitat gətirir.
QAZİLER.AZ