ABŞ Prezidenti Donald Tramp Çinin əlavə rüsumlarla bağlı danışıqlar aparmaq istədiyini açıqlayıb.
Apa xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşımında bildirib.
Tramp qeyd edib ki, Çin ABŞ-la böyük sövdələşmə istəyir, lakin onlar bu prosesə necə başlayacaqlarını bilmirlər.
"Çin sövdələşməni çox istəyir, amma buna necə başlayacağını bilmirlər. Biz Çindən zəng gözləyirik. Bu baş verəcək", - ABŞ Prezidenti vurğulayıb.