Polşa Ukraynaya qanunsuz silah verməkdə ittiham olunur

Polşa Ukraynaya qanunsuz silah verməkdə ittiham olunur backend

Polşa Ukraynaya qanunsuz olaraq hərbi texnika və pul köçürür.

Qaziler.az xəbər verir ki, bunu TVP telekanalına müsahibəsində Polşa prezidentliyinə müstəqil namizəd Artur Bartoşeviç deyib.

“Vətəndaşların razılığı olmadan hərbi texnikanın, vəsaitin və sosial yardımın göndərilməsinə icazə verən hüquqi akt yoxdursa, bu, xüsusən də konstitusiyanın və dövlət maliyyəsi haqqında qanunun pozulmasından xəbər verir”, - siyasətçi qeyd edib.

Polşa hakimiyyət orqanları tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilə olduqda Ukraynaya yardım qanuni ola bilər, deyə o, sözlərinə davam edib.

“Bundan əlavə, polyaklardan başqa bir ölkəyə bu miqyasda yardım göstərmək kimi vacib şeylər soruşulmalıdır. Yardım qeyri-qanuni verilib”, - Bartoşeviç vurğulayıb.

QAZİLER.AZ

Diaspora