ABŞ ordusu Polşanın Yasenka şəhərindəki Ukraynaya yardım üçün ayrılmış logistika mərkəzindən hərbi texnika və şəxsi heyətini çıxarır.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin Avropa və Afrikadakı komandanlığının saytında məlumat verilib.
Bəyanatda deyilir ki, heyət və avadanlığın Polşanın başqa yerlərində yenidən yerləşdirilməsi planlaşdırılır. Komandanlıq vurğulayıb ki, bu addım ABŞ-nin hərbi əməliyyatlarını optimallaşdırmaq üçün geniş strategiyanın bir hissəsidir.
"Ukraynaya hərbi yardımın asanlaşdırılması üzrə mühüm iş Yasenka vasitəsilə Polşa və NATO rəhbərliyi altında ABŞ-nin təkmilləşdirilmiş hərbi mövcudluğunun dəstəyi ilə davam edəcək. Polşa və onun müttəfiqləri bu mühüm obyektin ətrafında möhkəm təhlükəsizlik infrastrukturunu qoruyacaqlar", - nəşr qeyd edib.
Qeyd edilib ki, ABŞ ordusu Polşada 2022-ci ildən - Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra yerləşdirilib.
QAZİLER.AZ