NATO-nun baş katibi Mark Rutte Çinin hərbi cəhətdən güclənməsindən və Tayvan yaxınlığında hərbi təlimlər keçirməsindən narahatlığını ifadə edib.
Qaziler.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
"Çin sürətlə silahlı qüvvələrini, o cümlədən donanmasını artırır", - Rutte Yaponiyanın Yokosuka dəniz limanına səfərini yekunlaşdırarkən jurnalistlərə açıqlamasında deyib.
Baş katibin sözlərinə görə, Şimali Atlantika Alyansı Çinin Tayvan yaxınlığında keçirdiyi hərbi təlimlərdən narahatdır və onları çox diqqətlə izləyir.
QAZİLER.AZ