Hakerlər Çexiyanın baş naziri Petr Fialanın “X” sosial şəbəkəsindəki səhifəsini sındıraraq yalan məlumat yayıblar.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə hökumət başçısının mətbuat katibi Lusiya Yeşatkova məlumat verib.
"Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu səhər “X” sosial şəbəkəsində baş nazirin səhifəsinə hücum edilib", - xanım katib deyib.
Hökumət başçısının sözlərinə görə, naməlum şəxslər baş nazirin səhifəsində ABŞ-ın rüsumlarına cavab olaraq Çexiyanın qarşıdan gələn sanksiyaları və Kalininqrad vilayətində sərhəd yaxınlığında beynəlxalq qüvvələrin tərkibində Baltikyanı ölkələrdə yerləşdirilən və Rusiyanın hücumuna məruz qalan çex əsgərləri barədə yalan məlumatlar yerləşdiriblər.
Yeşatkova əlavə edib ki, yazılar video ilə müşayiət olunub. Onlar bir neçə dəqiqə baş nazirin səhifəsində olublar.
QAZİLER.AZ