Avropa Ukraynaya yardım üçün ABŞ-nin əsas rəqibinə müraciət etdi

Avropa Ukraynaya yardım üçün ABŞ-nin əsas rəqibinə müraciət etdi backend

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynadakı vəziyyətin həllində kömək istəmək üçün ABŞ-nin əsas rəqibindən olan Çinə müraciət edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin bəyanatında qeyd edilib.

Onun Çin Dövlət Şurasının Baş naziri Li Çyan ilə telefon danışığı apardığı məlum olub.

Avropa və Çin nümayəndələri arasında söhbət ABŞ lideri Donald Trampın Rusiya ilə qarşıdurmada ABŞ-nin Ukraynaya yardımının həcmini azaltmaq qərarı fonunda baş tutub. Von der Leyen həmçinin Çini Ukrayna böhranının sülh yolu ilə həlli prosesinə töhfəsini təmin etmək üçün səylərini artırmağa çağırıb. Söhbətin sonunda Avropa Komissiyasının rəhbəri ABŞ-nin ticarət tariflərinin yaratdığı qlobal iqtisadiyyatdakı problemlərin həllində Çinin roluna da toxunub.

QAZİLER.AZ

Diaspora