Netanyahu Ərdoğanla bağlı Trampdan kömək istədi

Netanyahu Ərdoğanla bağlı Trampdan  kömək istədi backend

“İsrailə hücum məqsədilə Suriyanın baza kimi istifadə edilməsini istəmirik”.

“Haber Global” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampla görüşündən sonra verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, İsrail Türkiyə ilə münaqişənin tərəfdarı deyil:

“Trampın Ərdoğanla (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Qeyd) yaxşı münasibəti mövcuddur, onun bizə kömək etməsini istəyirik. Trampla Türkiyə ilə münaqişənin qarşısını necə ala biləcəyimizi də danışdıq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp isə Ankaranın Suriyadakı rolunu yüksək dəyərləndirib:

“Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb”.

Report.az

Diaspora