"Audi" ABŞ-yə avtomobil tədarükünü dayandırdı

"Audi" ABŞ-yə avtomobil tədarükünü dayandırdı backend

Yeni rüsumlar qüvvəyə mindikdən sonra ABŞ-yə gətirilən bütün “Audi” avtomobilləri dilerlərə verilməyəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri konsernin nümayəndəsinə istinadən yazır.

Qəzetin sözlərinə görə, hazırda ABŞ-də “Audi” anbarlarında rüsum tətbiq edilməyən 37 mindən çox avtomobil var. Dilerlərin hələ də bu səhmləri satmaq imkanı var, lakin onlar cəmi iki ay davam edəcək.

Qeyd olunur ki, “Audi”nin ABŞ-də öz istehsalı yoxdur. Belə ki, alman markalı avtomobillər Amerika bazarına Almaniya, Macarıstan və Slovakiyadan gətirilir. Xatırladaq ki, daha əvvəl “Land Rover” avtomobillərinin ABŞ-yə tədarükünün dayandırıldığını bildirmişdi.  

QAZİLER.AZ

Diaspora