Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir - Tramp

Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir - Tramp backend

"Rusiyanın Ukraynanı bombardman etməsindən xoşum gəlmir”.

Qaziler.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə Rusiya və Ukrayna arasında atəşkəs perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya "hər həftə minlərlə gəncin ölümü" ilə nəticələnən hücumlar həyata keçirməkdə davam edir.

Tramp bildirib ki, Ağ Ev Rusiyanın Ukraynanı bombalamasını dayandırmasını istəyir.

Bundan əvvəl ABŞ prezidenti Vladimir Putinlə iki dəfə telefonla danışıb. ABŞ nümayəndə heyəti isə Səudiyyə Ərəbistanında Rusiyanın nümayəndə heyəti ilə Ukraynada atəşkəslə bağlı danışıqlar aparıb.

QAZİLER.AZ

Diaspora