Suriya prezidenti ginekoloq işləyən qardaşına vəzifə verib

Suriya prezidenti ginekoloq işləyən qardaşına vəzifə verib backend

Rusiyanın Voronej vilayətində ginekoloq işləyən Maher Hüseyn əl-Şaraa Suriya Prezident Administrasiyasının baş katibi təyin edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Al-Araby” məlumat yayıb.

Maher Hüseyn əl-Şaraa hazırda Suriyada prezident səlahiyyətlərini icra edən Əhməd əl-Şaraanın kiçik qardaşıdır.

Məlumatda qeyd olunub ki, yeni administrasiya rəhbəri Rusiyada tibb sahəsində çalışıb. 2014-2021-ci illərdə Voronejdə Yol Klinik Xəstəxanasında ginekoloq vəzifəsində fəaliyyət göstərib. 

Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranın kiçik qardaşı Maherin dövlət başçısının iqamətgahının yerləşdiyi Dəməşqdəki Respublika Sarayının ofisinə rəhbərlik edəcəyi bildirilmişdi.

QAZİLER.AZ

Diaspora