Krımda gənc məscidi yandırmaq istəyərkən yaxalanıb

Krımda gənc məscidi yandırmaq istəyərkən yaxalanıb backend

Simferopolda məscidi yandırmağı planlaşdıran terrorçu neonasist təşkilatının üzvü həbs edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krım Respublikası və Sevastopol üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Hadisəni törədən 18 yaşlı gənc etiraf edib.

“O, dövlət orqanlarının fəaliyyətini pozmaq üçün Simferopolda binanı yandırmağı planlaşdırıb, cinayəti törətmək üçün isə silahını düzəldib və gənclər arasından terror aktında iştirak edəcək tərəfdaşlar tapıb. Lakin müttəhim öz cinayət əməllərini başa çatdıra bilməyib, çünki onların qarşısı respublika FSB və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən alınıb”, - Rusiya İstintaq Komitəsinin bəyanatında deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin yaşadığı ünvanda axtarış aparıb və istintaqı maraqlandıran əşyalar götürüblər. Həmçinin bildirilib ki, gənc cinayət planını təfərrüatı ilə izah edərək hət şeyi etiraf edib.

QAZİLER.AZ

Diaspora